Daha iki rayonun prokuroru…backend

Daha iki rayonun prokuroru…

Prokurorluq orqanlarında yeni kadr təyinatları olub.

Xəbərə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş prokurorun digər əmri ilə Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon prokuroru vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən fakt təsdiqlənib.

www.parla.az