Daha bir neçə kənd işğaldan azad edildi – Prezidentdən tvittbackend

Ağbənd azad edildi, İranla sərhəd təmin olundu -  Prezidentdən tvitt

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi tvitter hesabı vasitəsilə işğaldan azad edilən növbəti kəndlərin adlarını açıqlayıb:

Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad edilib.

Prezident həmçinin Ağbənd qəsəbəsinin əhəmiyyətindən bəhs edən tvitt paylaşıb:

“Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!”

www.parla.az