Daha bir kənd düşməndən azad edildi – RƏSMİbackend

Daha bir kənd düşməndən azad edildi - RƏSMİ

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində daha bir kənd işğaldan azad olunub.

PARLA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi düşməndən azad edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Ordusu Füzuli–Cərbayaıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndlərini azad edib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

www.parla.az