Daha 6 kənd Azərbaycana QAYTARILIRbackend

Daha 6 kənd Azərbaycana QAYTARILIR

Keçmiş Ağdərə rayonunun daha altı kəndi Azərbaycanın nəzarətinə qaytarılacaq.

“Qarabağın Vahid İnformasiya Mərkəzi”nin yaydığı məlumata görə, bu kəndlər Yeni Marağa, “Nor Ayqestan”, “Nor Seysulan”, Papravənd, “Nor Aykacur”, “Ovtaşen” və “Nor Craberd”dir.

Kəndlərin Qarabağ bəyanatının şərtlərinə əsasən veriləcəyi bildirilib.

Erməni tərəfi bu kəndlərin yeni bölgüyə əsasən, Ağdərə yox, Ağdam rayonunun ərazisində yerləşdiyini rəsmən bəyan edib.

Qeyd edək ki, kəndlərin adı dəyişdirilmiş və eybəcərləşdirilmiş şəkildə təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Milli Məclisi Ağdərə inzibati rayonunu ləğv edib. Rayonun bəzi kəndləri Ağdama, bəziləri Tərtərə, bir hissəsi isə Kəlbəcərə verilib. (Konkret.az)

www.parla.az