Daha 16 kənd işğaldan azad edildibackend

Daha 16 kənd işğaldan azad edildi

Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib.

PARLA xəbər verir ki, Prezident İlham Əliyev öz tvitter hesabında bu barədə məlumat verib.

“Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

www.parla.az