Daha 13 kənd işğaldan azad edildi – SİYAHIbackend

Daha 13 kənd işğaldan azad edildi - SİYAHI

Xocavənd, Zəngilan, Cəbrayıl və Qubadlının bəzi kəndləri işğaldan azad edilib.

PARLA xəbər verir ki,  Prezident İlham Əliyev bu barədə məlumatı tvitterdə qeyd edib:

“Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad edib”.

 

www.parla.az