COVID-19-a qarşı peyvəndin vurulmasına bu tarixdən başlanacaq – ÜSTbackend

COVID-19-a qarşı peyvəndin vurulmasına bu tarixdən başlanacaq - ÜST

Dünyanın müxtəlif ölkələrində COVID-19-a qarşı vaksinlərin sınaqları ümidverici nəticələr göstərməsinə baxmayaraq, geniş yayılmış peyvəndləmə 2021-ci ilə qədər başlamayacaq.

PARLA xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan deyib.

“Düzünü desək, insanların peyvəndlənməsi gələn ildən başlayacaq”, – ÜST rəsmisi açıqlamasında qeyd edib.

Rayan bəzi ölkələrdə dərman sınaqlarının artıq üçüncü mərhələyə çatdığını və yaxşı nəticələr verdiyini söyləyib. Ancaq vaksinlərin etibarlı və təsirli olduğuna əmin olmaq üçün vaxta ehtiyac olduğunu vurğulayıb.

www.parla.az