COVİD 19-a qarşı peyvəndin hazır olacağı vaxt açıqlandıbackend

COVİD 19-a qarşı peyvəndin hazır olacağı vaxt açıqlandı

“Hələlik koronavirusa qarşı hansısa peyvəndin hazır olmasından söhbət getmir”

PARLA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

“Peyvəndin gələn ilə, gələn ilin aprelinə hazır olacağı gözlənilir”, – deyə TƏBİB rəsmisi qeyd edib.

Brifinqdə həmçinin yaşı 65-dən yuxarı olan şəxslərlə bağlı da açıqlama verilib:

“Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur”.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirus infeksiyasına 2597 yeni yoluxma faktı qeydə alınıb, 1354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 23 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstələrin sayı 23 476 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb.

www.parla.az