“Cirque du Soleil” müflis olmaq təhlükəsi ilə üzləşibbackend

“Cirque du Soleil” müflis olmaq təhlükəsi ilə üzləşib

Kanadanın sirk şouları təşkilatçısı olan məşhur “Cirque du Soleil” şirkəti onu müflis olmaqdan qorumaqla bağlı müraciət edib.

PARLA bu barədə “İnterfaks”a istinadən xəbər verir.

Belə ki, koronavirus pandemiyası ilə əlaqədar artistlər 44səhnə quruluşu üzərində işi dayandırmalı olublar.

Yaxın zamanlarda şirkət 90 faiz işçisini (3 500 nəfəri) ixtisar edərək yalnız 213 işçini ştatda saxlamaq məcburiyyətində qalacaq.

Şirkət iflasdan qorunmaq üçün müraciət edib. Hələlik mövcud səhmdarlarla müqavilə bağlamağı bacaran şirkət müəyyən pul vəsaiti almaq və vəziyyətə nəzarət etmək imkanı qazanıb.

www.parla.az