Müğənni Çingiz Mustafayevin bir neçə gün öncə təqdim etdiyi “Can can” adlı klipinin plagiat olduğu ortaya çıxıb.
PARLA-nın məlumatına görə, ekran işinin ssenarisi iranlı müğənni Behnam Baninin “Fagat boro” klipindən götürülüb.
Ötən ilin iyulunda işıq üzü görən klipin 6 milyona yaxın baxış sayı var. Klipin rejissoru isə Sepehr Vidir. Ç.Mustafayevin “Can can”ını isə Emin Muradov ekranlaşdırıb. Mahnı 5 gündə yarım milyona yaxın baxış sayı toplayıb.