Çində daha bir təhlükəli epidemiya yayılır – VƏBAbackend

Çində daha bir təhlükəli epidemiya yayılır - VƏBA

Çinin şimalındakı Daxili Monqol Muxtar Vilayətinin Bayan-Nur şəhərinin yerli hakimiyyət orqanları vəba xəstəliyindən daha bir ölümün baş verdiyini bildiriblər.

PARLA xəbər verir ki, bu barədə Regional Gigiyena və Səhiyyə məsələləri Komitəsi bildirib.

Bəyanatda bildirilir ki, şəhərdə 2020-ci ilin sonuna kimi epidemiologiya təhlükəsinə yüksəldilmiş (3-cü) reaksiya səviyyəsi tətbiq edilib.

Avqustun 6-da Daxili Monqolustan administrasiyası Baotou şəhərində bir insanın bağırsaq taunu formasından ölümü haqqında məlumat verib. Xəstəliyin yayılmasının qarşısını almamaq üçün həkimlər vəbaya yoluxmuş şəxslə əlaqədə olmuş onlarla sakini təcrid ediblər.

Epidemiologiyaya nəzarət orqanları vaxtaşırı Çin Xalq Respublikasının şimalında, həmçinin qonşu Monqolustanda çöl zonasında taun xəstəliyinə yoluxma hallarını qeydə alır.

Qeyd edək ki, ləqəbi “Qara Ölüm” olan bu xəstəlik bəşər tarixində ən ölümcül xəstəliklərdən biridir.

Tarixdə bir neçə dəfə yayılaraq on milyonlarla insanı öldürüb. Orta əsrlərdə Çin və Orta Asiyada başlayan vəba, 1347-ci ildə Krımda bir ticarət bazarını mühasirəyə alan Monqol ordusunun, divarları dağıtmaq üçün istifadə olunan yaylı silahlar vasitəsi ilə vəbadan ölmüş insan cəsədlərini şəhərə atması ilə Avropaya yayıldı. Deyilənə görə, 1347-1351- ci illərdə Avropada hər üç adamdan biri bu xəstəlikdən ölmüşdü. Xəstəlik Orta Şərq, Hindistan və Çin də daxil olmaqla, təxminən 75 milyon insanın ölümü ilə nəticələnib. Daha sonralar vəba 19-cu əsrdə Çində təqribən 10 milyon insanı öldürmüş, 17-ci əsrdə isə Böyük Britaniyada əhalinin 15 faiz azalmasına səbəb olub.

 

www.parla.az