Ceyhun Bayramov: “Bu məsələ həll edilmədən Ermənistanın inkişafı mümkün görünmür”backend

Ceyhun Bayramov: "Bu məsələ həll edilmədən Ermənistanın inkişafı mümkün görünmür".

Xarici işlər naziri Ceyhun Bayramov bugünki brifinqdə bir çox məsələlərə aydınlıq gətirib.  

O bildirib ki, atəşkəsin müddəti haqqında məlumat yoxdur: “Bununla bağlı müddət müəyyən olunmayıb. Bu prosesi Qırmızı Xaç Komitəsi müəyyən edəcək, orada qızğın döyüşlər gedirdi. Hərbçilərin, meyitlərin dəyişdirilməsi prosesi asan deyil. Bu proses yekunlaşandan sonra Qırmızı Xaç Komitəsi dəqiq məlumat verə bilər”. 

PARLA xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov Moskva səfərindən bir gün öncə Cenevrədə həmsədrlərlə də görüşüb: “Həmsədr ölkələr status kvonun barışmaz olduğunu desələr də, bu istiqamətdə yetərli addımlar atmırdılar. Artıq bütün qurumlar əllərindən gələni etməlidirlər ki, status kvo dəyişsin. Bu məsələ Ermənistanın özü üçün də vacibdir. Bu məsələ həll edilmədən Ermənistanın inkişafı mümkün görünmür. Biz bir məsələni nəzərə almalıyıq ki, bizim qarşımızda böyük hədəflər və böyük imkanlar durur”.

 

www.parla.az