Çexiyada erməni vəhşiliyi əleyhinə aksiya keçirilir: Türkiyənin səfiri dəstək üçün gəldi – FOTObackend

Çexiyada erməni vəhşiliyi əleyhinə aksiya keçirilir: Türkiyənin səfiri dəstək üçün gəldi - FOTO

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalar keçirir.

PARLA xəbər verir ki, hazırda Çexiyanın paytaxtı Praqada “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının dəstəyi ilə soydaşlarımızın aksiyası başlayıb.

Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış soydaşlarımıza dəstək vermək üçün Azərbaycan səfirliyinin önünə gəlib, Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib.

www.parla.az