Cavid Qurbanovdan Qarabağda voleybolun inkişafı üçün TAPŞIRIQbackend

Cavid Qurbanovdan Qarabağda voleybolun inkişafı üçün TAPŞIRIQ

Azərbaycanda voleybol idman növünün daha da inkişaf etdirilməsi istiqamətində işlərə tezliklə start veriləcək.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı qurumun prezidenti Cavid Qurbanov tapşırıq verib.
C.Qurbanov voleybolun daha da populyarlaşdırılması üçün xüsusi layihələr hazırlanmasının vacibliyini vurğulayıb. Qarabağın işğaldan azad edilmiş ərazilərində kütləviliyə xüsusi diqqət yetiriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda COVİD-19 səbəbindən karantin elan edildiyi üçün voleybol yarışları və məşqlər keçirilmir.

www.parla.az