Builki Qurban bayramı ötənilki bayramlara oxşamaya bilərbackend

Builki Qurban bayramı ötənilki bayramlara oxşamaya bilər

Azərbaycanda qarşıdan gələn Qurban bayramı ilə əlaqədar ayrıca Tədbirlər Planı hazırlanır.

PARLA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

“Tədbirlər Planı barədə məlumat veriləcək. Builki bayram ötənilki bayramlara oxşamaya bilər, çünki koronavirus şəraitindəyik. Amma yeni reallığa uyğunlaşmalıyıq. Hər halda istəmirik ki, bayram əhval-ruhiyyəsi itsin”, – deyə o, qeyd edib.

Qeyd edək ki, Bayram iyulun 31-i, avqustun 1-i keçiriləcək.

www.parla.az