Bu şəxslər üçün sosial yardım paketləri hazırlanacaq – RƏSMİbackend

Bu şəxslər üçün sosial yardım paketləri hazırlanacaq - RƏSMİ

“Ev şəraitində müalicə olunacaq yüngül simptomlu xəstələrə dövlət tərəfindən yardım paketlərinin hazırlanmasına dair fikir mübadiləsi aparılır”.

PARLA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, vətəndaşların çətin vəziyyətdə psixoloji durumları da nəzərə alınaraq, bu xəstələrə sosial yardım paketlərinin hazırlanması istiqamətində danışıqlar gedir.

www.parla.az