Bu ölkədə tibbi maskasız gəzməyə icazə verildibackend

Bu ölkədə tibbi maskasız gəzməyə icazə verildi

Çində tibbi maskasız gəzməyə icazə verilib.

PARLA xəbər verir ki, paytaxt Pekində koronavirus infeksiyasına yoluxma hallarının azalması fonunda sakinlər artıq qoruyucu maskalardan istifadə etməyə bilərlər.

“Reuters”in yaydığı məlumata görə, qərarı yerli hakimiyyət orqanları qəbul edib. Buna səbəb şəhərdə son 13 gün ərzində koronavirusa yoluxma halının qeydə alınmaması olub. Lakin sakinlərin böyük hissəsi yenə də maska taxmaqda davam edir. Onlar maskalarının olmaması səbəbindən qınaq obyektinə çevrilməkdən qorxurlar.

Bu, artıq ikinci dəfədir ki, Pekində məcburi maska taxmaq tələbi aradan qaldırılır. İlk dəfə belə bir qərar aprel ayında qəbul edilmişdi, lakin iyun ayında yoluxmanın artması bu məhdudiyyətin geri qaytarılmasına gətirib çıxarmışdı.

www.parla.az