Bu ölkədə heç kim koronavirusa yoluxmayıbbackend

Bu ölkədə heç kim koronavirusa yoluxmayıb

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çve Ryon Xe COVID-19-un yayılması qorxusuna görə bağlanmış Keson sərhəd şəhərinə baş çəkib.

PARLA-nın məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən “İnterfaks” bildirib.

Agentliyin məlumatına görə, Cve Ryon Xe səlahiyyətli şəxslərlə görüşərək, ehtiyacı olan sakinlərin yemək və dərmanla təmin edilməsini tapşırıb.

Qeyd edilir ki, KXDR-in rəsmi dövlət orqanı “Rodong Sinmun” ölkədə əvvəlki kimi heç kimin koronavirusa yoluxmadığını bildirib.

Daha əvvəl bildirilirdi ki, iyunun 19-da ölkənin qərb sahilindəki Xanqan çay sahilində 24 yaşlı gənc Kanxvado adası ərazisində sərhədi keçib. Həmin şəxsdə koronavirusa yoluxma ilə bağlı şübhəli əlamətlər qeydə alınmışdı.

Koreya Xalq Demokratik Respublikasının Epidemiya ilə mübarizə üzrə Təşkilatı bildirib ki, KXDR-ə qayıtmış şəxsin koronavirus analizlərinin nəticələri qeyri-müəyyəndir. Onunla bağlı sərt karantin qaydaları tətbiq edilib. Hazırda hakimiyyət orqanları virusa yoluxduğu şübhə edilən bu şəxsin əlaqədə olduğu adamları müəyyənləşdirir.

www.parla.az