Bu günlərdə ölkəmizdə 30-dan çox terror aktının təşkili qeydə alındı – DİQQƏT!backend

Bu günlərdə ölkəmizdə 30-dan çox terror aktının təşkili qeydə alındı - DİQQƏT!

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək, müharibə şəraitində daha diqqətli olmağa çağırıb.

PARLA xəbər verir ki, nazirliyin məlumatına görə, bu günlərdə 30-dan çox terror aktının təşkili qeydə alınıb:

“Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib. Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır”!

www.parla.az