Bu gündən Gürcüstanda daxili uçuşlar bərpa edilirbackend

Bu gündən Gürcüstanda daxili uçuşlar bərpa edilir

Gürcüstanda daxili uçuşlar 24 iyuldan etibarən bərpa ediləcək.

PARLA xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. İyulun 24-də Nataxtari, Mestia və Ambrolauri hava limanlarından, həmçinin Tbilisidən Batumi hava limanına müntəzəm uçuşlar fəaliyyətə başlayacaq.

Ümumilikdə, 24-31 iyul tarixlərində Mestia-Nataxtari istiqamətində 6, Tbilisi-Batumi istiqamətində 5, Ambrolauri-Nataxtari istiqamətində 3 uçuş həyata keçiriləcək.

Avqust ayından etibarən Mestia-ya həftədə 5 dəfə, Ambrolauriyə həftədə 3 dəfə, Batumiyə isə həftədə 4 dəfə müntəzəm uçuşlar həyata keçiriləcək.

www.parla.az