“Bu gün saçımı kəsdirib, sizinlə görüşə gəlmişəm” – Prezidentin köməkçisibackend

"Bu gün saçımı kəsdirib, sizinlə görüşə gəlmişəm" - Prezidentin köməkçisi

“Bu gündən bərbərxanalar və gözəllik salonları işə başlayıb. Mən də bunun bariz nümaunəsiyəm. Bu gün saçımı kəsdirib, sizinlə görüşə gəlmişəm”.

PARLA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov də bildirib.

Onun sözlərinə görə, yoluxma sayının azalması pamdemiyanın bitməsi demək deyil: “Bəziləri koronavirus ola-ola və ya parasetamol qəbul edib qızdırmasını aşağı salıb işə çıxır. Bu yanlış hərəkətdir. Tam sağalmamış heç kim evdən çölə çıxmasın. Nəticədə yenidən ciddi karantin rejimi tətbiq etməyə məcbur oluruq”.

www.parla.az