Brilliant Dadaşova: “Mən cəbhəyə getmək üçün özüm də müraciət etmişəm”backend

Brilliant Dadaşova: "Mən cəbhəyə getmək üçün özüm də müraciət etmişəm"

“Biz bu hissləri 30 ildir ki, yaşayırıq. Yaramız çox dərin yaradır. İnanıram ki, Azərbaycan əsgəri bizim dərin yaralarımıza məlhəm çəkəcək”.

PARLA xəbər verir ki, bu sözləri açıqlamasında Xalq artisti Brilliant Dadaşova deyib.

“Bu bizim qələbəmizlə bitəcək, çünki mən haqq-ədalətin olduğuna inanıram.

Prezidentin apardığı düzgün siyasətin nəticəsidir ki, ermənilərin havadarları belə, onlardan üz çevirib. Onların arxasında durmurlar.

Təkcə onu deyə bilərəm ki, əsgərlərimizə heç vaxt o balaca tayfaların əsgərləri qalib gələ bilməz!

Mən inanıram ki, biz həm ölkə Başçısının düzgün siyasəti nəticəsində, həm də təlim almış güclü ordumuzun sayəsində düşmənə qalib gələcəyik!

Amma bu qalibiyyət İlham Əliyevin qalibiyyəti olacaq. O, tarixə Azərbaycan torpaqlarını düşmən tapdağından xilas edən LİDER kimi daxil olacaq!

Mən cəbhəyə getmək üçün özüm də müraciət etmişəm. Ehtiyac olarsa, gedəcəyəm!”

www.parla.az