Ermənistanın Azərbaycanda törətdiyi terrorun dünyaya çatdırılması məqsədilə ilə xaricdəki həmyerlilərimiz müxtəlif addımlar atır.
Belə aksiyalardan biri də Massaçusets ştatının paytaxtı, ABŞ-ın tarixi şəhəri Bostonda soydaşımız Həmid Rəhimli tərəfindən təşkil olunub.
İlk gündən Azərbaycan həqiqətlərinin ictimailəşməsi istiqamətində təbliğat aparan H.Rəhimli PARLA-ya açıqlamasında “Ermənistanı dayandırın!”, “Ermənistanın təcavüzünə son qoyulsun!” və s. şüarlar əks olunan 200-dən çox poster hazırlayaraq Bostonun əsas küçələrində yerləşdirdiyini bildirib.
Onun sözlərinə görə, şəkilləri görən insanların bir qismi həmin görüntülərin tarixi ilə maraqlanıb, eşitdikləri vəhşiliklərdən dəhşətə gəlib.