Boris Pasternak vəfat etdibackend

Boris Pasternak vəfat etdi

Rusiyanın tanınmış ssenaristi və şairi Boris Pasternak dünyasını dəyişib.

PARLA Rusiya KİV-ə istinadən xəbər verir ki, 84 yaşlı ssenaristin meyiti müalicə aldığı Rusiyanın Federal Tibbi-bioloji Agentliyinin Federal Elmi-Kliniki Mərkəzinin ərazisində tapılıb. Onun palatasının binanın səkkizinci mərtəbəsində olduğu bildirilib. Ölümünün təfərrüatı barədə heç bir məlumat verilməsə də, şairin intihar etdiyi ehtimal olunur.

Qeyd edək ki, mərhum Pasternak Sovet televiziyasında işlədiyi müddətdə titrlərdə Boris Purqalin kimi qeyd olunub. O, həmçinin Nobel mükafatı laureatı, şair və yazıçı Boris Pasternakın da qohumu idi.

www.parla.az