Boksçumuz ABŞ-da rinqə “Karabakh is Azerbaijan” forması ilə çıxdı — VİDEObackend

Boksçumuz ABŞ-da rinqə “Karabakh is Azerbaijan” forması ilə çıxdı — VİDEO

Həvəskar boks millimizin sabiq üzvü, üçqat dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Məhəmmədrəsul Məcidov peşəkar rinqdə məğlubedilməzliyini qoruyub saxlayır.

34 yaşlı dağıstanlı idmançı ABŞ-ın Florida ştatının Hollivud şəhərində keçirilmiş boks gecəsində Puerto Riko təmsilçisi Saret Delqado ilə döyüş üçün rinqə “Karabakh is Azerbaijan” (“Qarabağ Azərbaycandır”) və “Pray for Ganja” (“Gəncə üçün dua et”) sözləri yazılmış qara formada gəlib.

Boksçu üçüncü raundun 40-cı saniyəsində rəqibini texniki nokauta salıb.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov dağıstanlı olsa da, həvəskar boksda olduğu kimi, peşəkar karyerasında da döyüşə Rusiya yox, Azərbaycan bayrağı ilə çıxır. O, daha əvvəl – ötən il Ed Fauntini (ABŞ) və Tom Litlı (Böyük Britaniya) məğlub edib.

www.parla.az