Bir uşağın iki bioloji anası – FOTOLARbackend

Bir uşağın iki bioloji anası - FOTOLAR

Dünya tarixində qeydə alınmış ilk siyam əkizləri 1811-ci ildə müasir Tailand ərazisində yerləşən Siyam şəhərində doğulublar. Elə o vaxtdan bu patologiya ilə dünyaya gələn uşaqlara siyam əkizləri adı verilib.

Tarixin ən maraqlı siyam əkizlərindən bəhs edərkən Roza və Jozefa bacılarını xatırlamamaq mümkün deyil. 1878-ci ildə müasir Çexiya ərazisində dünyaya gələn Blajek bacıları çanaq nayihəsindən bir-birinə bitişik doğulmuşdular. Əkizləri görüb, dəhşətə gələn valideynlər onları ac saxlayıb, öldürmək qərarına gəlirlər. Lakin körpələrin aclığına tab gətirməyən ana qızlarının halına acıyıb, qərarından dönür.

Bacılar böyüyüb məktəb yaşına çatanda valideynlər anlayır ki, onlar adi uşaqlarla birgə oxuya bilməcəklər. Odur ki, əkizlər evdə xüsusi müəllimin köməyi ilə müsiqi təhsili alırlar. Skripka və arfada ifa etməyi öyrənirlər. Qəribə olsa da, Roza və Jozefa gözəl rəqs etməyi də bacarırdılar. Həm də, müxtəlif tərəf müqabilləri ilə…

Bacılar tez-tez konsertlərdə çıxış edir, kifayət qədər yaxşı yaşayırdılar.

Günlərin bir günü Roza alman gəncə aşıq olur. Bacılar arasında ilk qarşıdurma da bu zaman başlayır. Roza və Jozefanın çanaqları bitişik olduğu üçün ikisinin bir cinsiyyət orqanı vardı. Odur ki, bacılar öz aşiqlərilə intim yaxınlıq qurmaq istəmirdilər. Lakin tezliklə onlar razılığa gəlirlər və Jozefa bacısının alman sevgilisi ilə cinsi münasibətə girməyə etiraz etmir. Tezliklə Roza hamilə qalır. Bəli məhz Roza… Çünki bacıların hərəsinin öz rəhmi vardı. Roza Frans adlı tam sağlam körpə dünyaya gətirir. Lakin körpənin atası müharibədə dünyasını dəyişir.

Bu hadisədən sonra bacılar bəzən eyni, bir sıra hallarda isə müxtəlif kişilərə aşiq olurlar. Hətta onların hər ikisini sevən eyni gənclə ailə qurmaq istəyirlər. İkiarvadlılıq ölkədə qadağan olunduğu üçün bu nikah baş tutmur.

Roza və Jozefa 1922-ci ildə dünyadan köçürlər. Jozefa sarılıq xəstəliyinə yaxalanır. Həkimlər Rozaya müalicə olmağı tövsiyyə etsələr də, o razılaşmır, “Jozefa öləcəksə, mən də yaşamayacam” – deyir.

www.parla.az