Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi – SƏRƏNCAMbackend

Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Şuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Təltif olunan hərbçilərin sırasında Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant, Bərxudarov Mayis Şükür oğlu – general-mayor, Məmmədov Zaur Sabir oğlu – general-mayor, Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor, Sultanov Ağamir Əzizxan oğlu – general-mayor və Mənsimov Tehran Cavid oğlu – polkovnik də var.

Tam siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

www.parla.az