Bir gündə Ermənistan ordusunun ikinci hərbçisi öldübackend

Bir gündə Ermənistan ordusunun ikinci hərbçisi öldü

Ermənistan Qeqarkunik vilayətində “Mercedes” avtomobilin Sevan gölünə (Göyçə gölünə) düşməsi nəticəsində hərbçi ölüb.

PARLA erməni mediasına istinadən xəbər verir ki, hadisə Sovaqyux-Şorja-Vardenis avtomobil yolunun 53-cü km-liyində baş verib. Qəza nəticəsində ölən sürücü 32 yaşlı hərbçi, Sünik sakini Nune Avetisyandır.

Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan ordusunun hərbçisi kiçik çavuş Ovik Tamazyan da ölüb.

www.parla.az