“Best model of Turkey”-in budəfəki qalibi gəncəli qız oldubackend

“Best model of Turkey"-in budəfəki qalibi gəncəli qız oldu - FOTO

33-cü “Best model of Turkey” yarışmasının qalibi Melisa İmrakın azərbaycanlı olduğu məlum olub.

PARLA “Hürriyyət”-ə istinadən xəbər verir ki, qalibin 15 yaşında Türkiyənin ən gözəl qız seçilməsi müzakirələrə səbəb olub.

“Hürriyyet”ə müsahibəsində anasının gəncəli olduğunu deyən Melisa Azərbaycan haqda da danışıb:

“Atam İstanbuldan, anam Gəncədəndir. Burada birincilik qazandım, amma sevinə bilmədim. Çünki vətənimdə dinc əhali həlak olur. Bu mükafatı bir az onlar üçün, bir az da özüm üçün alıram. Xalamgil Gəncədə yaşayır və çox qorxurlar. Oradakı insanlar üçün pis oluram. Uşaq olanda oraya getmişdim, hazırda necə yaşadıqlarını çox yaxşı bilirəm. Gecələr zirzəmidə yatırlar. Onlara görə narahatam, inşallah, hər şey düzələcək”.

“Qızım bu yarışmaya uşaqlıqdan qatılmaq istəyirdi. Hər kəsə hörmət edirəm, amma biz yanlış bir şey etməmişik. Müsabiqə boyu hər an qızımın yanında idim. Atası ilə illər öncə ayrılmışam, amma onun da icazəsini alandan sonra qızımın yarışmaya qatılmağına izn verdim. Uşaqlar müğənni, aktrisa ola bilirsə, niyə də model olmasın? Onlarda heç bir problem olmursa, niyə model olmaq tənqid olunur? Həm də qızım gözəllik  yox, modellik müsabiqəsinə qatılıb. Bunu ayırd etmək lazımdır”, – deyə Melisanın anası Zərnişan Babayeva bildirib.

www.parla.az