Berlin Film Festivalından yeni qərar: cinsi ayrı-seçkilik olmayacaqbackend

Berlin Film Festivalından yeni qərar: Cinsi ayrı-seçkilik olmayacaq

Dünyanın nüfuzlu film festivallarından olan Berlin Film Festivalı ilkə imza ataraq ən yaxşı aktyora verilən mükafatlarda cinsiyyət ayrı-seçkiliyini aradan qaldırıb

PARLA xəbər verir ki, Berlin Film Festivalının idarə heyətindən verilən açıqlamada ilk dəfə sənətçilərə verilən mükafatlarda cinsiyyət ayrı-seçkiliyinə diqqət çəkilməyəcəyini vurğulayaraq, sənətçilərin ən yaxşı qadın, ən yaxşı kişi olaraq deyil, ən yaxşı baş rol və ən yaxşı ikinci dərəcəli rol ifaçısı olaraq mükafatlandırılacağını bildirib.

Bundan başqa festivalın idarə heyətindən festival ilə bağlı daha bir yeniliklə bağlı açıqlama verilib. Bildirilib ki, 2021-ci ildən etibarən “Alfred Bauer Mükafatı” ləğv olunacaq, onun əvəzinə “Jüri Mükafatı” veriləcək.

Xatırladaq ki, 71- ci Berlin Film Festivalının 2022-ci ilin fevral ayının 11-12-də keçirilməsi planlaşdırılır. Koronavirus epidemiyasına rəğmən festivalın onlayn deyil, hər zamankı qaydada keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Alman rəsmiyyətində hal-hazırda 3 cins mövcuddur: qadın, kişi, “divers” (fərqli).

Almaniyada bir transgender məhkəməni udduqdan sonra dövlət qanununda və bütün müəssisələrdə kütləvi dətişiklik oldu.

Berlin Beynəlxalq Film Festivalı da üçüncü kateqoriya əvəzinə, cinsiyyətsiz kateqoriyanı seçib.

www.parla.az