“Berg Energi” cəbhədə əsgərlərlərimizlə görüşüb: Ordumuza “Hummer” hədiyyə etdi – FOTOLARbackend

"Berg Energi" cəbhədə əsgərlərlərimizlə görüşüb: Ordumuza "Hummer" hədiyyə etdi

Berg Energy cəbhə bölgəsində düşmənlə qəhrəmancasına döyüşən əsgərlərimizlə görüşüb, onlara qida, isti geyim və digər zəruri ləvazimatlar aparıb.

PARLA xəbər verir ki, Berg komandası azad olunan torpaqlarımızda əsgərlərimizin rahat hərəkəti üçün ordumuza Hummer markalı avtomobil hədiyyə edib. Avtomobilin təqdim edilməsində hal-hazırda ön cəbhədə olan peşəkar kikboksçu Zabit Səmədov da iştirak etmişdir.

“Biz inanırıq ki, şanlı ordumuz düşmənə layiqli cavab verərək bütün torpaqlarımızı azad edəcək.”

Berg Energy cəbhə bölgəsində yerləşən hərbi hissələrə dəstəyin davamlı olacağını, hər kəsin qələbəyə fokuslandığı bu müharibədə sona qədər ordumuzun və xalqımızın yanında olduğunu bildirir.

www.parla.az