Belarusda seçkisonrası etirazlarda 3 min nəfər saxlanıldıbackend

Belarusda seçkisonrası etirazlarda 3 min nəfər saxlanıldı

Belarusda avqustun 9-da keçirilən prezident seçkilərində səsvermə başa çatdıqdan sonra Minskdə və digər şəhərlərdə kütləvi etirazlar başlayıb.

Belarus Daxili İşlər Nazirliyinin sözçüsü Olqa Çemodanova verdiyi açıqlamada, ölkənin 33 yaşayış məntəqəsində icazəsiz nümayişlərin keçirildiyini bildirib.

“Ölkədəki icazəsiz nümayişlərdə təxminən 3 min nəfər saxlanılıb. Onlardan 1000-ə yaxını Minskdə, 2 mindən çoxu isə ölkənin digər yerlərində saxlanılıb ”,- deyə Çemodanova vurğulayıb.

Bundan əlavə, Çemodanova etirazçılara qarşı silah tətbiq edilmədiyini və hadisələrdə ölənlərin olmadığını bildirib.

Belarus mətbuatının Səhiyyə Nazirliyinin mənbələrinə istinadən verdiyi xəbərlərdə isə nümayişlərdə 39 polis əməkdaşının və 50-dən çox etirazçının yaralandığı qeyd edilib.

www.parla.az