Belarusda dövlət televiziyası işçilərini rusiyalılarla əvəzləyiblərbackend

Belarusda dövlət televiziyası işçilərini rusiyalılarla əvəzləyiblər

Belarusda ədalətli seçkinin keçirilməsinə imza atan Milli Dövlət Teleradio Şirkətinin əməkdaşları işə buraxılmayıblar.

PARLA xəbər verir ki, bu barədə məlumatı “tut.by” yayıb.

Əməkdaşlardan birinin sözlərinə görə, Rusiyadan Belarusa iki təyyarə rusiyalı mütəxəssis göndərilib. O qeyd edib ki, onlar etirazda iştirak edən belaruslu mütəxəssislərin vəzifələrini icra edəcəklər.

Xatırladaq ki, avqustun 17-də Belarus Milli Dövlət Teleradio Şirkəti əməkdaşları tətilə çıxıblar, “Belarus 1” telekanalının canlı efiri boş qalıb.

www.parla.az