“Bazarstore” da cərimələndi – FOTObackend

“Bazarstore” da cərimələndi - FOTO

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq mövcud qayda və tələblərin şərtlərinin pozan marketlər aşkarlanıb.

PARLA-nın verdiyi xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İ.Həşimov küçəsində “Araz”, Mircəlal küçəsində “Bolmart” və “Bazarstore” marketlərinin sahibləri və işçiləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 7 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibləri 200 manat, digərləri 100 manat cərimə olunublar.

www.parla.az