Bayramovla Çavuşoğlunun telefon danışığının DETALLARIbackend

Bayramovla Çavuşoğlunun telefon danışığının DETALLARI

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığının detalları açıqlanıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Mövlud Çavuşoğlu bəyanata uyğun olaraq, Ağdam və Kəlbəcər rayonlarının ardınca Laçın rayonunun azad olunması münasibətilə təbriklərini bildirib.

Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış bəyanatın yerinə yetirilməsinin vacib olduğunu qeyd edib.

Nazirlər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

www.parla.az