Baydenin ilk gün planları açıqlandı – SİYAHIbackend

Baydenin ilk gün planları açıqlandı - SİYAHI

ABŞ-da prezident seçkilərində qalib gələn Co Baydenin Trampın mübahisəli qərarlarından bəzilərini ləğv edəcəyi məlum olub.

PARLA xəbər verir ki, Bayden prezidentlik qərarnamələrindən istifadə edərən Donald Trampın bir neçə ölkəyə gətirdiyi səyahət qadağasını ləğv edəcəyi və ÜST ilə Paris İqlim Razılaşmasına geri dönəcəyi bildirilib.

ABŞ mediası Baydenin ilk gündən başlayaraq bu addımları atacağını qeyd edib.

– Əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə qoyduğu səyahət qadağasının ləğvi,

– Ümumdünya Səhiyyə Təşkilatına yenidən dönmək,

– Ölkə daxilində abort hüquqlarını müdafiə edənlərin yenidən maliyyələşdirilməsi,

– Trampın çıxdığı Paris İqlim Razılaşmasına geri dönmək,

– Obama dövründə tətbiq edilən, Tramp dövründə ləğv edilən bəzi iqlim nizamlanmalarının nəzərdən keçirilməsi,

– Kiçik yaşlarda qeyri-qanuni yollarla olsa belə, ABŞ-a gələn miqrantların deportasiyasının əngəllənməsi.

Bayden ilə birlikdə seçilən vitse-prezident Kamala Harris də 20 yanvarda keçiriləcək andiçmə mərasimindən öncəki keçid dövründə koronavirus pandemiyası ilə mübarizəyə öncəlik verəcək.

Qeyd edək ki, ÜST rəhbəri Tedros Adhanom Qebreyesus da Co Baydenlə işləmək üçün səbirsizləndiyini söyləyib.

Xatırladaq ki, Donald Tramp ÜST-ə verilən maliyyəni dondurub və ABŞ-ın təşkilatdan çıxması üçün rəsmi prosedurlara başlamışdı. (MediaPost)

www.parla.az