Baş prokuror: “Əsir azərbaycanlı hərbçiləri başlarına, ürəklərinə dirəyərək atəş açıb, qətlə yetiriblər”backend

Baş prokuror: "Əsir azərbaycanlı hərbçiləri başlarına, ürəklərinə dirəyərək atəş açıb, qətlə yetiriblər"

Baş prokuror Kamran Əliyev bugünkü brifinqində Azərbaycan tərəfindən əsir düşmüş şəxslərlə bağlı məlumat verib.

O bildirib ki, 30 cəsəd birtərəfli qaydada Ermənistan tərəfinə verildi. Ermənistan isə Azərbaycan hərbçilərinin meyitlərini toplamır və vermir. Hərbi prokurorluq tərəfindən aparılan istintaqla muzdluların Ermənistan tərəfindən iştirak etməsi sübut olunub: “Bizdə erməni muzdlularına aid cəsədlər var. Erməni cəsədlərinin bəzilərinin yaşı hərbçiyə uyğun deyil. Biz zamanı gələndə bunları açıqlayacağıq.

Bizim əsirlər və meyitlərə qarşı amansız davranış göstərilib. Əsir götürülmüş azərbaycanlı hərbçiləri yaxın məsafədən, başlarına, ürəklərinə dirəyərək atəş açıb və qətlə yetiriblər. Belə faktlar mövcuddur”.

www.parla.az