Baş nazir daha bir qadağanı ləğv etdi – QƏRARbackend

Baş nazir daha bir qadağanı ləğv etdi - QƏRAR

Nazirlər Kabineti “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” 2020-ci il 14 fevral tarixli 42 nömrəli qərarında dəyişiklik edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir Əli Əsədovun imzaladığı sənədə əsasən, Qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb.

Eyni zamanda “Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı” üzrə 5-ci sətrin “Malın adı” sütununda “3001 və 3006 mal mövqelərində” sözləri “3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində” sözləri ilə əvəz edilir; 12-ci sətrin “Malın adı” sütunundan “maskalar və” sözləri çıxarılır.

Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı

Sıra

№-si

XİF MN üzrə kod Malın adı
1 2 3
1. 2207 10 000 0 Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti
2. 2207 20 000 0 Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar
3. 2208 90 910 0 Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan
4. 2208 90 990 0 Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan
5. Qrup 30-dan Əczaçılıq məhsulları (pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırıl-mayan tənzif və tənzif məmulatları, habelə 3001 və 3006 mal mövqelərində təsnifləşdirilənlər istisna olmaqla)
6. 3808 94-dən Dezinfeksiyaedici vasitələr
7. 3822 00 000 0-dan Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər
8. 3926 20-dən Baxillər
9. 4015 19-dan Steril və qeyri-steril əlcəklər
10. 5603-dən Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar
11. 6210 10-dan Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)
12. 6307 90-dan Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)
13. 9004 90-dan Tibbi personalın istifadəsi üçün hermetik qoruyucu eynəklər
14. 9019 20 000 0 Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı
15. 9025 19-dan İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər