Baş Nazir Əli Əsədovdan yeni qərar: Bu şəxslərin maaşları artırıldıbackend

Baş Nazir Əli Əsədovdan yeni qərar: Bu şəxslərin maaşları artırıldı

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən ediləcək.

PARLA xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bu məbləğ 2020-ci il iyulun 1-dən oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

www.parla.az