Barselonada qeyri-adi konsert: Orkestr ifa etdi, bitkilər dinlədibackend

Barselonada qeyri-adi konsert: Orkestr ifa etdi, bitkilər dinlədi

Barselona’nın meşhur opera teatrı Gran Teatre del Liceu’da karantin sonrası verilen ilk konsert tarixə düşdü.

Qeyri-adi konserti insanlar yox, oturacaqlara yerləşdirilmiş 2 mindən çox bitki dinlədi.

Koronavirusdan ən çox zərər görmüş ölkə olan İspaniyada normal həyata qayıdarkən, məşhur opera teatrı ilk dəfə qapılarını tamaşaçılar üçün açdı.

Konsert üçün teatrdakı 2292 oturacağın hər birinə bitkilər yerləşdirildi.

Onlayn yayımlanan konsertdə orkestr Puccininin “Crisantemi” əsərini səsləndirdi.

www.parla.az