Bakıdakı pulsuz çimərliklərdən insanları polis gücünə çıxarırlar – VİDEObackend

Bakıdakı pulsuz çimərliklərdən insanları polis gücünə çıxarırlar - VİDEO

“Pulsuz, açıq yerlərdən adamları polis gücünə çıxarırlar. Yönləndirdikləri yerlər də girişi adambaşına 5-20 manat olan yerlərdir.”

PARLA xəbər verir ki, bu sözləri Bilgəh çimərliyində istirahət edən sakinlər deyib.

“Polisin bizi yönləndirdiyi yerlərdə maşının bir saatlıq dayanmağı da hardasa 1-3 manat arasıdır. Aylardır işsiz qalan insanların buna gücü çatmaz.”

Bakı Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis general-mayoru Elşad Hacıyev məsələnin araşdırılacağını bildirib.

www.parla.az