Bakıda Laçın sevinci… – FOTObackend

Bakıda Laçın sevinci... - FOTO

Bu gün Azərbaycan xalqının sevincinin həddi-hüdudu yoxdur. 28 il düşmən işğalında qalan Laçın rayonu işğaldan azad olunaraq, Azərbaycana təhvil verilib. 

Laçının işğaldan azad olunması şərəfinə uşaqdan-böyüyə hər kəs paytaxt küçələrinə axışaraq, yürüş keçirib. Əllərində üçrəngli Azərbaycan bayrağını dalğalandıran vətəndaşlarımız “Qarabağ Azərbaycandır” şüarını səsləndiriblər.

Oxu.Az-ın fotoqrafı həmin yürüşü kameranın yaddaşına həkk edib.

Laçının azad olunması şərəfinə keçirilən yürüşdən fotoları təqdim edirik:

www.parla.az