Bakıda daha bir qəsəbə Balaxanı kimi olacaq – FOTOLARbackend

Bakıda daha bir qəsəbə Balaxanı kimi olacaq - FOTOLAR

Bakının əsas və qədim kəndlərindən olan Əmircan qəsəbəsində də təmir-bərpa və abadlıq işləri başlayıb.

PARLA xəbər verir ki, bu barədə Trend-ə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev bildirib.

Onun sözlərinə görə, abadlıq və bərpa işləri artıq üç aydır ki, davam edir.

Ə.Əliyev qeyd edib ki, qənbər daşların düzülməsi müəyyən vaxt aparacaq:

“Əmircanda işlər Balaxanıdakından çox çəkəcək. Çünki ərazi baxımından Əmircan daha böyükdür. Hazırda qəsəbənin qədim divarlarında da restavrasiya işləri görülür. Malalar çapılır, sonra daşların arası xüsusi məhlulla təmizlənir, ardından üzərinə müəyyən kimyəvi məhsul çəkilir ki, onların qədimliyi üzə çıxsın. Yeni mişar daşlarından hörülən hasarlara aqlay vurulur, bəzi hasarlar isə fransız boyaları ilə boyanacaq. Əmircanda qədimlik müasirliklə birləşəcək”.

PARLA turizm mərkəzinə çevrilmiş Balaxanıdan fotoları təqdim edir:

 

www.parla.az