“Bakı Tikiş Evi” məktəbli formalarının tikilişinə başladıbackend

“Bakı Tikiş Evi” məktəbli formalarının tikilişinə başladı

“Bakı Tikiş Evi” məktəbli formalarının tikilməsinə başlayıb.

PARLA xəbər verir ki, bu barədə Qaynarinfo-ya “Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

Etibar Əzimov bildirib ki, hazırda tikiş evində hamı iş başındadır:

“Ötən ildən xeyli məktəbli forması qalıb. Amma bununla belə, yenə istehsal edirik. 2010-cu ildən bəri istifadə olunan məktəbli formasının hazırda tikilişi davam edir”.

Şöbə müdiri qeyd edib ki, Təhsil Nazirliyi məktəblilərin yeni formasını hələ təsdiqləməyib.

www.parla.az