Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edildibackend

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edildi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

PARLA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni rəis müavini təyin edilib.

Qeyd edək ki, V.Ələkbərov sonuncu təyinatına qədər BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.

www.parla.az