Bakı metrosunda daha bir yenilik: “Dərnəgül” – “Həzi Aslanov” xətti üzrə… – FOTObackend

Bakı metrosunda daha bir yenilik: “Dərnəgül” – “Həzi Aslanov” xətti üzrə... - FOTO

“Bakı Metropoliteni”ndə iki yeni qatar xəttə buraxılacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, son illər ərzində yeni, ən müasir standartlara cavab verən qatarlar alınıb:

“Rusiyanın “Metrovaqonmaş” ASC-dən innovasiya baxımından ən müasir dördüncü nəslə aid 20 metro vaqonu alınıb və son üç il ərzində vaqonların inventar parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

Hazırda vaqonların inventar parkı 280 vaqondan ibarətdir. Alınan qatarlardan ikisi bu gün xəttə buraxılacaq. Qatarlar “Dərnəgül” – “Həzi Aslanov” xətti üzrə hərəkət edəcək. Yaxın günlərdə sazlama sınaq testlərindən sonra daha iki qatar da xəttə buraxılacaq”.

www.parla.az