Bərdəyə növbəti dəfə raket atıldı: 20 nəfər həlak oldu, 40 nəfər yaralandı – FOTObackend

Bərdəyə növbəti dəfə raket atıldı: 20 nəfər həlak oldu, 40 nəfər yaralandı - FOTO

Baş Prokurorluğun Mətbuat xidməti Bərdənin növbəti dəfə Ermənistan tərəfindən vurulması ilə bağlı məlumat yayıb.

PARLA xəbər verir ki, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 20 nəfər həlak olub, 40 nəfər isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

www.parla.az