Bəhram qayıtdı : Allahdan sonra qadına borcluyuq – FOTObackend

Bəhram qayıtdı : Allahdan sonra qadına borcluyuq - FOTO

“Allahdan sonra ilk növbədə bir qadına borcluyuq: əvvəlcə bizə həyat verir, sonra bu həyata məna verir.”

PARLA xəbər verir ki, bu sözləri aktyor Bəhram Bağırzadə öz Facebook səhifəsində yazıb.

“Bu ifadənin kimə aid olduğunu xatırlamıram, amma bu gün bunu qadına səmimi təşəkkürlərimlə davam etdirərdim.

Uca Allahın mərhəməti ilə məni həmişə gözəl qadınlar əhatə edib. Lakin amansız 20-ci il mənə Mehriban xanım Əliyevanın əvəzsiz mərhəmət hədiyyəsini təqdim etdi. Bütün bu günlər mən ölüm astanasında olarkən ölkəmizin Birinci vitse-prezidentinin deyil, Azərbaycanın birinci xanımının deyil, mənə kömək və xilas əlini uzatmış çox böyük xeyirxah ürəyi olan bir bacının səmimi qayğısını hiss edirdim. Mehriban xanım, mənim üçün etdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm. Mənə yaşamaq və nəfəs almaq imkanını yaratdığınız, yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm. Allah bütün xeyirxah əməllərinizin əvəzini versin!

Bəhram Bağırzadə”

Xatırladaq ki, Bəhram Bağırzadə COVID-19-dan əziyyət çəkirdi.

www.parla.az