Bəhram Bağırzadədən xəbər varbackend

Bəhram Bağırzadədən xəbər var

Əməkdar artist Bəhram Bağırzadənin səhhəti stabildir.

Bunu açıqlamasında B.Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

“Hələlik reanimasiyadadır. Gözləyirik ki, yaxın zamanlarda palataya köçürülsün”, – deyə o bildirib.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

İyulun 2-də Bəhram Bağırzadə süni nəfəs aparatından ayrılıb.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

www.parla.az