Azərbaycanın milyonlar xərclədiyi 3 dünya ulduzu Azərbaycana qarşı satqınlıq etdi – FOTObackend

Azərbaycanın milyonlar xərclədiyi 3 dünya ulduzu Azərbaycana qarşı satqınlıq etdi - FOTO

Dünya şöhrətli müğənni Elton Con öz instaqram səhifəsində erməniləri dəstəkləyən paylaşım edib.

PARLA xəbər verir ki, həmin paylaşımda deyilir:

“Hal-hazırda Emənistan Azərbaycan və Türkiyənin hücumlarına məruz qalır. Hər iki tərəfdən itkilər var.

Ermənilər gözəl insanlardı və onlar sülhün tərəfdarları olduğu halda, tarixən zülmlərə məruz qalıblar”

Vaxtilə Azərbaycan hökuməti Elton Conun Bakıda – Tofiq Bəhramov stadionunda konsert verməsi üçün milyonlar xərcləmişdi. İndi isə ingilis müğənninin bu hərəkəti Azərbaycanlı izləyəciləri tərəfindən şiddətlə qınanır.

Ermənilərə dəstək verən müğənnilər arasında Azərbaycan Avropa Oyunlarının d açılışında “İmagine” mahnısını ifa edən Ledi Qaqa da var.

Onun sentyabr ayında çəkdirdiyi “911” mahnısının klip rejissoru Erməni əsilli Sergey Parajanovdur. Hətta klipin bəzi hissələrində erməni bayrağının rənglərindən və klip boyu erməni dilində “ehtiyatla” kəlməsindən istifadə olunub.

Soso Pavliaşvili isə Azərbaycan ərazi bütövlüyünü pozaraq Qondarma Dağlıq Qarabağ Respublikasında konsert verdiyi halda, Emin Ağalarovun vasitəsilə Bakıda, Heydər Əliyev sarayında konsert vermişdi. Flora Kərimova və digər sənətçilər bu konsertin keçirilməsinə qəti şəkildə etirazlarını bildirsə də, onların sözlərinə əhəmiyyət verən olmamışdı.

Adlarını sadaladığımız bu, üç dünya ulduzu Ermənistana açıq-aşkar dəstək verir və Azərbaycanın günahkar olduğunu dünyaya bəyan edirlər.

www.parla.az